Polis ehtiyatsızlıqdan özünü silahla güllələdi

10:37 28.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçın rayonunda polis ehtiyatsızlıqdan özünü güllələyib öldürüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.